“Sepah”ın baş komandanı: “İran rəsmilərindən heç kəs Amerika ilə müzakirə etməyəcək”

“Sepah”ın baş komandanı: “İran rəsmilərindən heç kəs Amerika ilə müzakirə etməyəcək”

GünazTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı Hüseyn Səlami sentyabrın 6-da Buşehr şəhərində yerli “Sepah”çılar qarşısında çıxış edərək, ölkəsinin Amerika ilə müzakirə aparması ehtimalını rədd edib.

 

Hüseyn Səlaminin açıqlaması, Amerikanın müdafiə naziri Mark Esperin həmin gün jurnalistlərə açıqlamasında İranla müzakirə şansının artmasını bildirməsindən bir neçə saat sonraya təsadüf edib.

 

O deyib ki, Amerika ilə müzakirə aparılması “düşmən”in meydançasında oynamaq deməkdir: “İran rəsmilərindən heç kəs Amerika ilə müzakirə etməyəcək. Çünki belə bir müzakirə düşmənin meydançasında və onun hədəfi çərçivəsində oynamaq deməkdir. Heç kəs də düşmənə hədəfinə çatmaq istiqamətində yardım etməz.

 

Amerika prezidenti Donald Tramp arzu edir ki, bir neçə dəqiqəlik olsa belə, İran rəsmilərindən biri ilə danışıqlar aparsın. Lakin bu heç vaxt baş tutmayacaq” –deyə “Sepah”ın baş komandanı Hüseyn Səlami əlavə edib.

 

Amerikanın müdafiə naziri Mark Esper

 

Qeyd edək ki, Amerikanın müdafiə naziri Mark Esper sentyabrın 6-da jurnalistlərə açıqlamasında Tramp hökuməti ilə İran arasında real danışıqlara zəmin yarandığından danışmışdı: “Bir çox baxımdan elə nəzərə gəlir ki, İran addım-addım elə bir nöqtəyə gəlib çatır ki, biz artıq bir-birimizlə müzakirə apara bilərik” –deyə Mark Esper bəyan etmişdi.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN