“Sepah”ın baş komandanı: “İsrailin məhvi gerçəkləşdiriləcək”

“Sepah”ın baş komandanı: “İsrailin məhvi gerçəkləşdiriləcək”

GünazTV: “Sepah” terror təşkilatının baş komandanı Hüseyn Səlami noyabrın 14-də qurumun hava-kosmik qüvvələrinin “şəhidləri”nə həsr olunmuş bir mərasimdə çıxış edərək, İranın raket proqramından və İsrailin məhvindən danışıb.

 

O deyib ki, “Sepah”ın hava-kosmik qüvvələri xarici düşmənlərin sümüklərini qırmağa hazırdır: “Mən “Sepah”ın yeni hərbi nailiyyətləri barədə yalnız onu deyə bilərəm ki, bu gün bu qurum müdafiə qabiliyyətlərini xeyli gücləndirərək, hərbi sənaye baxımdan yüksək dərəcədə inkişaf edib.

 

Hazırda “Sepah”ın və ölkənin digər silahlı qüvvələri o dərəcədə inkişaf edib ki, biz artıq istənilən xarici düşmənlə üz-üzə durmağa qadirik. Millətimiz isə bu baxımdan əmin olmalıdır. Düşmən nə qədər böyük və güclü olsa da, biz onu öz hərbi qabiliyyətimizlə darmadağın etmək iqtidarındayıq.

 

İranın raket proqramına və bu barədə danışıqlar aparılması məsələsinə gəlincə, bir daha bildiririk ki, “Sepah”ın raketləri hər hansı bir müzakirə predmeti ola bilməz və biz bu barədə heç kəslə danışıqlar aparmayacağıq.

 

“Sepah”ın hava-kosmik qüvvələri şəhidlərinin, o cümlədən şəhid Tehrani Müqəddəmin arzularından biri İsrailin məhv olunması və yer üzündən silinməsi idi. Şübhəsiz ki, onun bu arzusu, yəni İsrailin məhvi bir gün gerçəkləşdiriləcək” -deyə, “Sepah” terror təşkilatının baş komandanı Hüseyn Səlami əlavə edib.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN