“Sepah”ın baş komandanı Səudiyyə Ərəbistanını Tehran terraktlarını törədən terrorçuları dəstəkdə günahlandırıb

“Sepah”ın baş komandanı Səudiyyə Ərəbistanını Tehran terraktlarını törədən terrorçuları dəstəkdə günahlandırıb

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı Məhəmmədəli Cəfəri iyunun 12-də jurnalistlərə açıqlamasında rəsmi Ər-Riyadı Tehran teraktlarını törədən terrorçuları dəstəkdə günahlandırıb.

 

Cəfəri bildirib ki, onların Səudiyyə Ərəbistanının İrandakı teraktlarda əli olması barədə  məlumatlar var: “Amerika və sionist rejimi bölgədə terrorçulara dəstək veriblər. Bundan başqa bizdə olan dəqiq məlumatlara əsasən, təəssüflər olsun ki, Səudiyyə Ərəbistanı da terrorçulara dəstək verməklə yanaşı, həm də onlardan İranda əməliyyat keçirmələrini tələb edib”.

 

“Sepah”ın baş komandanı Ər-Riyadın İrandakı terror aktlarına göstərşi ilə bağlı məlumatların detallarını mediaya açıqlamayıb.

 

Xatırladaq ki, İyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın cənubunda yerləşən Xomeyni məqbərəsinə silahlı hücum olub. Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isəhökumət qüvvələri ilə atışmada həlak olub.

 

Eyni hücum,Tehranın cənubunda yerləşən Xomeyni məqbərəsinə də edilib. İki silahlı şəxs məqbərə həndəvərinə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan biri özünü partlatsa da, digəri birisi yaxalanıb. Hər iki olayda 17 nəfərin öldüyü, 50  nəfərdən çox insanın yaralandığı bildirilir.  

 

 İnsidentdən bir neçə saat sonra İŞİD bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb. Az sonra isə hücumçuların İŞİD-ə qoşulmuş və milliyyətcə kürd olan İran vətəndaşları olduğu bəlli olub.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN