“Sepah”ın daha 1 əfqanıstanlı muzdlusu Suriyada həlak olub

“Sepah”ın daha 1 əfqanıstanlı muzdlusu Suriyada həlak olub

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 əfqanıstanlı muzdlusu, Seyid Əli Əkbər Musəvi, Suriyada gedən döyüşlərdə həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl İranın Xomeynişəhr şəhərindən Suriyaya göndərilən “Sepah”ın muzdlu Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının üzvü, bu ölkədə müxalif qüvvələrlə qarşıdurmada öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində həlak olduğu, meyitinin İrana gətirilib-gətirilmədiyi haqda məlumat yayılmayıb.   

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN