“Sepah”ın daha 1 əfqanıstanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

“Sepah”ın daha 1 əfqanıstanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

GünAzTV: “Sepah”ın Əfqanıstan vətəndaşlarından olan daha 1 muzdlusu Suriyada gedən savaşda həlak olub.

 

Suriya hökumətinə və onun prezidenti Bəşər Əsədə dəstək məqsədilə bu ölkəyə göndərilən “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdlusu Məhəmmədrza Əhmədi Suriyada müxalif qüvvələrlə qarşıdurmada həlak olub. Onun Suriyanın konkret hansı bölgəsində öldürüldüyü haqda məlumat yayılmayıb. Bildirilir ki, cənazəsi ölkəyə gətirilən “Sepah”çı, sentyabrın 14-də İranın Vəramin şəhərində torpağa tapşırılacaq.

 

Qeyd edək ki, İranın molla rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi qüvvələri “Zeynəb” hərəminin müdafiəçiləri adlandırır.

 

 

İran slam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN