“Sepah”ın daha 1 əfqanlı komandiri Suriyada həlak olub

“Sepah”ın daha 1 əfqanlı komandiri Suriyada həlak olub

 GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 əfqanlı komandiri Suriyada gedən savaşda həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilmiş “Sepah”ın muzdlu Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının komandirlərindən olan Cəfər Əmiri, dekabrın 19-da bu ölkənin Deyrəlzur əyalətinin Əbu Kəmal şəhərində müxaliflərə qarşı keçirilən hərbi əməliyyatda öldürülüb. Onun cənazəsinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

 

 

 Qeyd edək ki, İran Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN