“Sepah”ın daha 1 əfqanlı muzdlusu Suriya savaşında həlak olub

“Sepah”ın daha 1 əfqanlı muzdlusu Suriya savaşında həlak olub

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah”ın daha bir əfqanlı muzdlusu Suriya savaşında həlak olub. 

 

Bəşər Əsədə və onun diktator rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın muzdlu Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının üzvü Seyid Cavid Hüseyni, son günlər Əsəd müxaliflərinə qarşı keçirilən hərbi əməliyyatda həlak olub. Gənc əfqan döyüşçüsünün Suriyanın hansı bölgəsində öldürüldüyü haqda məlumat yayılmayıb. Cənazəsi ölkəyə gətirilən “Sepah”çı, oktyabrın 17-də İranın Ərak şəhərində torpağa tapşırılıb.

 

 

Qeyd edək ki, İran rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi daxili və xarici muzdluları “Zeynəb hərəminin müdafiəçiləri” adlandırır.

 

İran hökuməti Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN