“Sepah”ın daha 1 əfqanlı üzvü Suriyada öldürülüb

“Sepah”ın daha 1 əfqanlı üzvü Suriyada öldürülüb

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 əfqanlı üzvü, Cavad Həsəni Suriyada gedən döyüşlərdə həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilən “Sepah”ın əfqanlılardan əbarət “Fatimiyyun” biriqadasının muzdlu üzvü Cavad Həsəni bir neçə gün əvvəl bu ölkədə gedən qarşıdurmalarda Əsədə müxalif qüvvələr tərəfindən öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində həlak olduğu haqda məlumat yayılmayıb.

 

Cənazəsi ölkəyə gətirilən  əfqanlı “Sepah”çının, martın 17-də İranın Kərəc şəhərində torpağa tapşırılacağı qeyd olunur.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN