“Sepah”ın daha 1 iranlı muzdlusu Suriyada həlak olub

“Sepah”ın daha 1 iranlı muzdlusu Suriyada həlak olub

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 iranlı muzdlusu, Əlirza Ceylan Büruceni Suriyada gedən döyüşlərdə həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”çı, bir neçə gün əvvəl bu ölkənin Əbu Kəmal şəhərində müxalif qüvvələrə qarşı keçirilən hərbi əməliyyatda həlak olub. Bildirilir ki, evli və bir uşaq atası olan “Sepah”çının cənazəsi yaxın günlərdə ölkəyə gətirilərək doğma şəhərində torpağa tapşırılacaq.  

 

 İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN