“Sepah”ın daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

“Sepah”ın daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 iranlı muzdlulsu, Həbib Bədəvi

Suriya savaşında həlak olub.   

 

Bəşər Əsəd rejimini qorumaq məqsədilə İranın Xuzistan əyalətindən bu ölkəyə göndərilmiş “Sepah”çı, bir neçə gün əvvəl Əsəd hakimiyyətinə müxalif qüvvələrlə qarşıdurmada həlak olub. Onun Suriyanın hansı bölgəsində öldürüldüyü haqda məlumat yayılmayıb. Cənazəsi ölkəyə gətirilən “Sepah”çının basdırılması üçün doğma şəhəri Əhvaza göndəriləcəyi bildirilir.

 

 

Qeyd edək ki, İran rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi daxili və xarici muzdluları “Zeynəb” hərəminin müdafiəçiləri” adlandırır.

 

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN