“Sepah”ın daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

“Sepah”ın daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

 

Bəşər Əsəd hakimiyyətinə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”çı Həmid Rza Ziyai, bir neçə gün əvvəl bu ölkənin “Əlbu Kəmal” məntəqəsinin təkfirçi müxaliflərdən azad olunması əməliyyatında həlak olub. “Sepah”çının cənazəsi noyabrın 23-də ölkəyə gətirilərək Tehranın “Behişti-Zəhra” qəbiristanlığında torpağa tapşırılıb.  

 

 İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN