“Sepah”ın daha 1 pakistanlı muzdlusu Suriyada həlak olub

“Sepah”ın daha 1 pakistanlı muzdlusu Suriyada həlak olub

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 pakistanlı muzdlusu, Seyid Şəmim Hüseyni Suriya savaşında həlak olub.

 

Suriya prezidenti Bəşər Əsədə və onun rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilən “Sepah”ın muzdlu Pakistan vətəndaşlarından ibarət “Zeynəbiyyun” briqadasının döyüşçüsü, bir neçə gün əvvəl bu ölkədə gedən qarşıdurmalarda həlak olub. Onun Suriyanın konkret hansı bölgəsində öldürüldüyü açıqlanmayıb. Cənazəsi ölkəyə gətirilən  “Sepah”çı, martın 13-də İranın Qum şəhərində torpağa tapşırılıb.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN