“Sepah”ın daha 1 pakistanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

“Sepah”ın daha 1 pakistanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 pakistanlı muzdlusu, Seyid Məhəmməd Rəzəvi Suriyada gedən döyüşlərdə həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın muzdlu Pakistan vətəndaşlarından ibarət “Zeynəbiyyun” briqadasının üzvü Seyid Məhəmməd Rəzəvi, bir neçə gün əvvəl bu ölkənin Əbu Kəmal şəhərində baş verən qarşıdurmada həlak olub. Yayılan məlumatlara əsasən, cənazəsi ölkəyə gətirilən “Sepah”çı, noyabrın 29-da İranın Qum şəhərində torpağa tapşırılacaq.  

 

 İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN