“Sepah”ın daha 10 əfqanlı muzdlusunun cənazələri ölkəyə gətirilib

“Sepah”ın daha 10 əfqanlı muzdlusunun cənazələri ölkəyə gətirilib

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 10 əfqanlı üzvü Suriyada gedən döyüşlərdə həlak olub.

 

Suriya prezidenti Bəşər Əsədə və onun rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilən “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadası muzdlu üzvləri, Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda öldürülüb. Onların Suriyanın konkret hansı bölgəsində həlak olduğu mediaya açıqlanmayıb. Cənazələri ölkəyə gətirilən əfqanlı “Sepah”çıların (Abdulla Şücayi, Seyid Əhməd Hüseyni, Məhəmməd Heydəri, Sərvər Kərimi, Aman Əlidad, Məhəmməd İslami, Məhəmməd Mehdi Qurbani, Zahir Aşuri, Rza Əxlaqi və Seyid Bağır Musəvi) aprelin 19-u və 20-də İranın Qum və Məşhəd şəhərlərində torpağa tapşırılacağı bildirilir.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN