“Sepah”ın daha 2 əfqanlı muzdlusu Suriyada həlak olub

“Sepah”ın daha 2 əfqanlı muzdlusu Suriyada həlak olub

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah”, Əfqanıstan vətəndaşlarından olan daha 2 muzdlusu Əli Nəcib Məhəmmədi və Səməd Cəmşidi, Suriyada gedən döyüşlərdə həlak olub.   

 

Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilmiş “Sepah”ın muzdlu Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının hər iki üzvü, bir neçə gün əvvəl bu ölkədə müxaliflərə qarşı keçirilən əməliyyatda həlak olub. Cənazələri ölkəyə gətirilmiş əfqanlı “Sepah”çılar, oktyabrın 26-da Tehranın “Behişti-Zəhra” qəbiristanlığında torpağa tapşırılıb.

 

 

Qeyd edək ki, İran hökuməti, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi daxili və xarici muzdluları “Zeynəb” hərəminin müdafiəçiləri” adlandırır.

 

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN