“Sepah”ın daha 2 əfqanlı muzdlusu Suriyada həlak olub

“Sepah”ın daha 2 əfqanlı muzdlusu Suriyada həlak olub

GunAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 2 əfqanlı muzdlusu, Şəkur Əhmədi və Məhəmməd Xosrəvi Suriyada gedən döyüşlərdə həlak olub.   

 

Suriya diktatorunun rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilmiş “Sepah”ın muzdlu Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının üzvləri  bir neçə gün əvvəl Bəşər Əsədə müxalif qüvvələrlə qarşıdurmada həlak olub. Onların Suriyanın konkret hansı bölgəsində öldürüldüyü haqda məlumat yayılmayıb. Cənazəlri ölkəyə gətirilən “Sepah”çılar, noyabrın 9-da İranın Məşhəd şəhərində torpağa tapşırılıb.

 

Qeyd edək ki, İran rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi daxili və xarici muzdluları “Zeynəb” hərəminin müdafiəçiləri” adlandırır.

 

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN