“Sepah”ın daha 3 əfqanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

“Sepah”ın daha 3 əfqanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

GünAzTV: “Sepah”ın Suriya savaşında həlak olmuş daha 3 əfqanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

 

Suriya diktatoru, Bəşər Əsəd rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilmiş “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdluları, Seyid Mahmud Ələvi, Nəcibullah Ənvəri və Məhəmməd Məhəmmədi bir neçə gün əvvəl bu ölkənin Əbu Kəmal məntəqəsində müxalif qüvvələrə qarşı keçirilmiş hərbi əməliyyatda öldürülüb. Hər üç “Sepah”çının cənazələri ölkəyə gətirilib. Onların bu gün və ya yaxın günlərdə İranın Savə, Kirman və Rey şəhərlərində torpağa tapşırılacağı bildirilir.

 

 İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN