“Sepah”ın daha 3 əfqanlı üzvü Suriyada həlak olub

“Sepah”ın daha 3 əfqanlı üzvü Suriyada həlak olub

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah”ın daha 3 əfqanlı üzvü, Seyid Məhəmməd Mehdi Haşimi Nəjad, Hüseyn Əli Məhəmmədi və İsa Xanmuradi Suriyada gedən döyüşlərdə həlak olub.

 

Suriya prezidenti Bəşər Əsədə və onun rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilən muzdlu əfqanlı  “Sepah”çılar, bir neçə gün əvvəl bu Suriyanın Hələb şəhəri yaxınlığında müxalif qüvvələr tərəfindən öldürülüb. Hər üç “Sepah”çının meyitləri ölkəyə gətirilərək dekabrın 21-də İranın Qum şəhərində torpağa tapşırılıb.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdluları təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN