“Sepah”ın daha 3 muzdlusunun cənazəsi ölkəyə gətirilib

“Sepah”ın daha 3 muzdlusunun cənazəsi ölkəyə gətirilib

GünAzTV: “Sepah”ın daha 3 muzdlusu Suriyada gedən döyüşlərdə həlak olub. Ölənlərdən biri İran, 2-si isə Əfqanıstan vətəndaşlarıdır.  

 

Bəşər Əsəd rejiminə yardım və  dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın iranlı muzdlusu, Məcid Əsgəri Cəmkərani, eləcə də “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadalasının muzdluları, Nəcibullah Kazimi və Seyid Mehdi Musəvi, bir neçə gün əvvəl bu ölkədə müxaliflərə qarşı keçirilən hərbi əməliyyatda öldürülüb. Onların Suriyanın konkret hansı bölgəsində öldürüldüyü açıqlanmayıb.

 

Cənazələri ölkəyə gətirilən “Sepah”çılar, dekabrın 1-də İranın Qum, Vəramin və Rey  şəhərlərində torpağa tapşırılıb.

 

"Sepah"ın iranlı muzdlusu Məcid Əsgəri Cəmkərani

 

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN