“Sepah”ın daha 3 pakistanlı muzdlusu Suriya savaşında həlak olub

“Sepah”ın daha 3 pakistanlı muzdlusu Suriya savaşında həlak olub

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 3 pakistanlı muzdlusu Suriya savaşında həlak olub.

 

Bəşər Əsəd rejiminə yardım məqsədilə Suriyaya göndərilən “Sepah”ın Pakistan vətəndaşlarından ibarət “Zeynəbiyyun” briqadasının muzdlu üzvləri, bir neçə gün əvvəl bu ölkənin müxtəlif bölgələrində gedən qarşıdurmalarda öldürülüb. Cənazələri ölkəyə gətirilən pakistanlı “Sepah”çılar, martın 8-də İranın Qum şəhərində torpağa tapşırılıb. Həlak olan pakistanlı “Sepah”çıların adları mediaya açıqlanmayıb.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN