“Sepah”ın daha 4 iranlı muzdlusu Suriyada həlak olub

“Sepah”ın daha 4 iranlı muzdlusu Suriyada həlak olub

GunAzTV: “Sepah”ın daha 4 iranlı muzdlusu Suriyada gedən döyüşlərdə həlak olub. Həlak olanlardan biri “Sepah” polkovnikidir.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə İranın Rəşt, Rudsər, Dezful və Səbzivar şəhərlərindən Suriyaya göndərilmiş “Sepah”ın təqaüdə çıxmış polkovniki Əlirza Nəzəri, Babək Nuri Heris (azərbaycanlıdır), Arif Kayd Xordə, Mehdi Müvəhhid Niya, noyabrın 19-da Suriyanın “Əlbu Kəmal” bölgəsində müxaliflərlə baş verən qarşıdurmada həlak olub. Öldürülən “Sepah”çıların cənazələrinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

 

                                "Sepah"ın azərbaycanlı muzdlusu Babək Nuri Heris

 

Qeyd edək ki, İran rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi daxili və xarici muzdluları “Zeynəb” hərəminin müdafiəçiləri” adlandırır.

 

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN