“Sepah”ın daha 5 iranlı muzdlusu Suriyada öldürülüb

“Sepah”ın daha 5 iranlı muzdlusu Suriyada öldürülüb

GünAzTV: “Sepah”ın daha 4 iranlı muzdlusu son günlər Suriyada gedən döyüşlərdə həlak olub. Həlak olanlar İranın müxtəlif əyalətlərindən Suriyaya gedən “Sepah”çılardır.

 

Bəşər Əsədi və onun rejimini qorumaq məqsədilə Suriyaya göndərilən “Sepah”çılar, (Murtuza Hüseynpur, Məhəmməd Tacbəxş, Əli Əzimi, Məhəmməd Əlipur və Möhsün Hocəci) ötən həftə Suriyanın Homs əyalətinin Tədmər şəhəri yaxınlığında, eləcə də Deyrəlzur və digər məntəqələrdə Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.

 

Cənazələri ölkəyə gətirilən “Sepah”çıların yaxın günlərdə öz doğma şəhərlərində dəfn ediləcəyi bildirilir.

 

 

İranın molla rejimi Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN