“Sepah”ın daha 7 əfqanlı və pakistanlı muzdlusu Suriyada həlak olub

“Sepah”ın daha 7 əfqanlı və pakistanlı muzdlusu Suriyada həlak olub

GünAzTV: “Sepah” Suriya savaşında həlak olmuş daha 7 əfqanlı və pakistanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib. Həlak olanlardan 4-ü Əfqanıstan, 3-ü isə Pakistan vətəndaşlarıdır.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları (Həbib Hüseyni, Məhəmməd Ənvər Heydəri, Abdulla Heydəri, Seyid Əhməd Hüseyni, Əli Cəfər, Məhəmməd Əli və Abid Hüseyn) bir neçə gün əvvəl Suriyanın müxtəlif  bölgəsində müxaliflərə qarşı keçirilən hərbi əməliyyatlarda öldürülüb.

 

Cənazələri ölkəyə gətirilən muzdlu “Sepah”çılar, yanvarın 10-da İranın Qum şəhərində torpağa tapşırılıb.

 

Xatırladaq ki, “Sepah”ın “Fatimiyyun” briqadasının mədəni işlər üzrə məsulu, milliyyətcə əfqanlı olan axund Zəhir Mücahid, yanvarın 7-də jurnalistlərə açıqlamasında Bəşər Əsəd rejiminin müdafiəsi uğrunda həlak olan muzdlu əfqan döyüşçülərindən danışıb. Suriyaya göndərilmiş muzdlu əfqanları “Zeynəb hərəminin müdafiəçiləri” adlandıran Zəhir Mücahid deyib ki, bu günə qədər təkcə “Fatimiyyun” briqadasının döyüşçülərindən 10 min nəfəri Suriya savaşında ölüb və yaralanıb: “Bu günə qədər “Zeynəb” hərəmini qorumaq üçün Suriyaya göndərilmiş ən azı 2000 əfqan döyüşçüsü  şəhid olub, 8000-i yaralanıb”.

 

Axund, öz açıqlamasında Pakistan vətəndaşlarından olan “Zeynəbiyyun” briqadasının Suriyada həlak olmuş döyüşçülərinin sayını açıqlamayıb.

 

                                                Əfqanlı axund, Zəhir Mücahid

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

 

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN