“Sepah”ın daha 7 əfqanlı və pakistanlı muzdlusu Suriyada həlak olub

“Sepah”ın daha 7 əfqanlı və pakistanlı muzdlusu Suriyada həlak olub

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah”ın daha 7 əfqanlı və pakistanlı döyüşçüsü Suriyada gedən döyüşlərdə həlak olub.

 

Bəşər Əsədə və onun rejiminə dəstək məqsədilə Suriyaya göndərilən “Sepah”ın “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdlu döyüşçüləri (Əmin Hüseyni, Məhəmməd Mehdi Qurbani, Mübin Rza Zeydi, Nemətullah Rzayi, Rza Zeydi, Dilbər Əli və Məhəmmədəli Hüseyni) bu ölkənin Hələb əyalətində müxalif qüvvələrlə qarşıdurmalarda öldürülüb. Cənazələri ölkəyə gətirilən hər 7 “Sepah”çının fevralın 1-də İranın Qum şəhərində torpağa tapşırılacağı bildirilir.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdlu döyüşçüləri  təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN