“Sepah”ın daha bir iranlı üzvü Suriyada öldürülüb

“Sepah”ın daha bir iranlı üzvü Suriyada öldürülüb

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 iranlı üzvü, Cəfər Həsəni Suriyada gedən döyüşlərdə həlak olub.

 

Bəşər Əsədə və onun rejiminə dəstək məqsədilə Suriyaya göndərilən “Sepah”çı, bir neçə gün əvvəl bu ölkədə müxalif qruplarla baş verən qarşıdurmalarda öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində həlak olduğu mediaya açıqlanmayıb. Cənazəsi ölkəyə gətirilən “Sepah”çı, aprelin 21-də İranın Vəramin şəhərində torpağa tapşırılıb.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN