“Sepah”ın dəniz qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə qaçaq yanacaq daşıyan xarici tankeri saxlayıblar

“Sepah”ın dəniz qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə qaçaq yanacaq daşıyan xarici tankeri saxlayıblar

GünazTV: “Sepah”ın sürət qayıqları Birləşmiş Ərəb Əmirliklərinə qaçaq yanacaq daşıyan xarici tankeri saxlayıblar. Bu barədə “Sepah”ın ictimai əlaqələr şöbəsi sentyabrın 15-də məlumat yayıb.

 

“Sepah” dəniz qüvvələrinin 5-ci məntəqə üzrə komandanı Əli Ozmai məsələ ilə bağlı jurnalistlərə açıqlamasında deyib ki, “Sepah”ın sürət qayıqları Hormozqan sularında, Bəndər Lenge limanı yaxınlığında Birləşmiş Ərəb Əmirliklərinə 250 min litr qaçaq yanacaq daşımaqda olan xarici tankeri saxlayıblar.

 

Tankerin 11 ekipaj üzvünün həbs edilərək məhkəmə orqanlarına təhvil verildiyini bildirən Əli Ozmai, saxlanılan şəxslərin hansı ölkələrin vətəndaşları olduğu barədə hər hansı bir məlumat verməyib. Tankerin İranın hansı limanına aparıldığı açıqlanmayıb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN