"Sepah"ın etirazçıları pulemyotlarla öldürdüyü şəhərin icra hakimi istefa verib

GünAz TV: Xuzistan əyalətinin Mahşəhr şəhəri yaxınlığında yerləşən Çəmran şəhərinin icra hakimi Əbdülvahid İbadi istefa verib.

 

Bu barədə məlumat yayan "Sepah" terror təşkilatına məxsus "Təsnim" xəbər agentliyi bildirib ki, o, istefasının səbəbini şəhərin problemlərini həll etmək istiqamətində perspektivin olmaması ilə əlaqələndirib.

 

Qeyd etmək lazımdır ki, noyabr etirazları zamanı "Sepah" terrorçuları Çəmran şəhərinin sonunda yerləşən qamışlıq bölgələrdə sivil insanları pulemyotlarla atəşə tutaraq qətliam etmişdilər.

 

Ümumiyyətlə, etirazların xüsusi amansızlıqla yatırılmasından sonra İran siyasi elitası arasında ciddi ixtilafların yaşandığı nəzərə çarpır. Xüsusilə, bəzi millət vəkilləri xalqın qətliam edilməsinə görə Daxili İşlər nazirinin Parlament qarşısında sorğu-sual edilməsi məsələsini irəli sürürlər. 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN