“Sepah”ın hava-kosmik qüvvələri komandanının Suriyada İsrail qırıcılarının hücumunda öldürülməsi barədə ziddiyyətli xəbərlər yayılıb

“Sepah”ın hava-kosmik qüvvələri komandanının Suriyada İsrail qırıcılarının hücumunda öldürülməsi barədə ziddiyyətli xəbərlər yayılıb

GünazTV: “Sepah” terror təşkilatının hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadənin iki gün əvvəl Suriyada İsrail qırıcılarının hava hücumunda öldürülməsi barədə ziddiyyətli xəbərlər yayılıb.

 

Bəzi mənbələr, o cümlədən də, Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı həmin hücumlarda Əmirəli Hacızadənin öldürülməsi ehtimalı ilə bağlı xəbərlər yaysalar da, İranın “İsna” agentliyi dekabrın 23-də məsələyə münasibət bildirərək, bu barədə yayılan xəbərləri təkzib edərək, “Sepah”ın hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadənin sağ-salamat olduğunu bildirib.

 

İran hökuməti Hacızadənin raket hücumunda öldürülməsi ilə bağlı yayılan xəbəri təkzib etsə də, onun sağ-salamat olmasını göstərən hər hansı yeni bir görüntü və kadrlar yaymaqdan imtina edib.

 

Xatırladaq ki, İsrail qırıcıları dekabrın 22-si axşam saatlarında Suriyada Əsəd rejiminin və İranın hərbi mövqelərini raket atəşinə tutub. Bu barədə, mərkəzi qərargahı Londonda olan Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı məlumat yayıb.

 

Məlumatda bildirilib ki, İsrail qırıcılarının raket hücumlarında əsasən İranın Dəməşq yaxınlığındakı hərbi mövqeləri və ona məxsus silah anbarları hədəfə alınaraq məhv edilib. Hücumlarda Əmirəli Hacızadə ilə birlikdə “Sepah”ın daha 7 komandirinin də məhv edildiyi bildirilir.

 

 

Qeyd edək ki, son illər İsrail qırıcıları “Sepah”ın Dəməşq və onun ətrafındakı hərbi baza və mövqelərinə qarşı yüzlərlə hava zərbələri endirib. Rəsmi Tehran isə İsrailin həmin hücumlarla bağlı yaydığı xəbərləri sükutla qarşılayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN