“Sepah”ın Hava-Kosmik Təşkilatının əməkdaşı Camal Hacı Zəvarə casusluqda günahlandırılaraq edam edilib

“Sepah”ın Hava-Kosmik Təşkilatının əməkdaşı Camal Hacı Zəvarə casusluqda günahlandırılaraq edam edilib

GünazTV: “Sepah”ın Hava-Kosmik Təşkilatının əməkdaşı Camal Hacı Zəvarə (Seyid Camal “Siyavəş” Hacı Zəvarə) düşmən ölkəyə casusluqda günahlandırılaraq edam edilib.

 

Bu barədə İrandakı hüquq müdafiəçiləri iyunun 21-də məlumat yayıb.

 

Bildirilir ki, 2018-ci ilin oktyabr ayında həyat yoldaşı Leyla Taciklə birlikdə düşmən ölkəyə casusluqda günahlandırılaraq həbs edilən və sonradan ölümə məhkum edilən 47 yaşlı Camal Hacı Zəvarə ötən həftə Tehranda naməlum bir yerdə səssiz-səmirsiz edam edilib. Məhkumun həyat yoldaşı Leyla Tacik isə 15 il həbsə məhkum edilib. Onun hazırda Tehranın Kəçui zindanında saxlanıldığı bildirilir.

 

Qeyd edilir ki, həbs edildiyi gündən edama qədər “Sepah”ın naməlum bir yerdə fəaliyyət göstərən gizli təkadamlıq kameralarında saxlanılan Camal Hacı Zəvarə, həmin müddətdə onlarla dəfə ağır fiziki işgəncələr altında dindirilərək sağlamlığını itirmişdi. İki övlad sahibi olan cütlüyün uşaqlarının hazırda başsız qaldığı bildirilir.

 

Xatırladaq ki, ötən il İranın keçmiş prezidenti Mahmud Əhmədinejada yaxın saytlar, ETTELAAT Nazirliyində və “Sepah”ın özəl ETTELAAT bölməsində çalışan onlarla şəxsin İsrailə casusluqda günahlandırılaraq həbs edildiyi barədə məlumat yaymışdılar.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN