“Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani Bağdadda öldürülüb - FOTOLAR və VİDEO

“Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani Bağdadda öldürülüb - FOTOLAR və VİDEO

GünazTV: “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymani Amerikanın hərbi helikopterlərinin Bağdadda həyata keçirdiyi raket hücumunda öldürülüb.

 

Hadisə, yanvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında baş verib. Həşdəş-Şəbinin bir neçə rəhbəri ilə birlikdə hərəkət edən Qasım Süleymani Amerikanın hərbi hava qüvvələrinin raket hücumuna məruz qalıb. Hücum nəticəsində, Qasım Süleymani ilə yanaşı, Həşdəş-Şəbi terror şiə qruplaşması rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və “Sepah”ın daha bir neçə komandiri məhv edilib.

 

Dünyanın ən məşhur və ən təhlükəli terrorçularından olan, Suriyada və İraqda on minlərlə insanın öldürülməsində, eləcə də ay yarım əvvəl İranda rejimə qarşı keçirilən kütləvi etirazlarda 1500-dən çox günahsız insanın qətliam edilməsində birbaşa əli olan Qasım Süleymani və onun iraqlı həmkarlarına qarşı hücum, ABŞ prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə həyata keçirilib.

 

Hücum, İranın dəstəklədiyi Həşdəş-Şəbi qüvvələrinin Amerikanın Bağdadın “yaşıl zona”sında yerləşən səfirliyinə qarşı hücumundan bir neçə gün sonraya təsadüf edib.

 

 

Region ölkələrində terrorizmin yayılmasında mühüm rolu olan Qasım Süleymaninin məhv edilməsi İran rejimi üçün gözlənilməz olub. “Sepah” terror təşkilatı bəyanat yayaraq, Süleymaninin hava hücumunda öldürülməsi ilə bağlı yayılan xəbəri təsdiqləyib.

 

 

 

VIDEO:

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN