“Sepah”ın sürət qayıqları körfəzdə Amerikanın hərbi gəmisinin 300 metrliyinə qədər irəliləyiblər

“Sepah”ın sürət qayıqları körfəzdə Amerikanın hərbi gəmisinin 300 metrliyinə qədər irəliləyiblər

 GünAzTV: “Sepah”ın sürət qayıqları oktyabrın 26-da körfəzdə hərəkətdə olan Amerikanın “USS Essex” hərbi gəmisinin 300 metrliyinə qədər irəliləyiblər. Bu barədə NBC telekanalı məlumat yayıb.

 

Yayılan məlumata əsasən, “Sepah”ın 6 sürət qayığı, düşünülməmiş təhrikçi addım ataraq, “USS Essex” hərbi gəmisinə yaxınlaşarkən, ABŞ-ın Mərkəz Komandanı (CENTCOM)  general Jozef Votel həmin gəminin içində olub. Bildirilir ki, Amerikanın “USS Essex” hərbi gəmisi “Sepah” qayıqlarına xəbərdarlıq etsə də, onlar öz təhrikçi əməllərinə davam etdiriblər.

 

 “USS Essex” hərbi gəmisinin kapitanı Brayan Mutty, baş vermiş olayla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, hadisədən bir neçə saat əvvəl İranın hərbi sürət qayıqlarından təhdid xarakterli bir mesaj alıblar: “Onlar xəbərdarlıq edərək bildirdilər ki, əgər bizim helikopterlər onların üzərindəki uçuşlarını dayandırmasalar, onlara atəş açacaqlar. Lakin bu təhdidə baxmayaraq, hər hansı bir insident baş vermədi və biz gəminin istiqamətini dəyişmədən yolumuza davam etdik. Görünür ki, onlar (iranlılar) bu kimi addımlarla bizim nə etdiyimiz  öyrənməyə və onu təhlil etməyə çalışırlar”.

 

ABŞ-ın Mərkəz Komandanı (CENTCOM)  general Jozef Votel

 

Qeyd edək ki, “Sepah”ın hərbi sürət qayıqları vaxtaşırı təhrikçi addımlar  ataraq, körfəz sularında hərəkətdə olan Amerikanın hərbi gəmilərinə yaxınlaşır, güc nümayiş etdirərək, beynəlxalq gəmilərin regionda sərbəst hərəkətinə mane olmağa çalışırlar.

 

"Sepah"ın sürət qayıqları

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN