“Sepah”ın Suriya- İraq sərhəddində yerləşən silah anbarı bombalanıb

“Sepah”ın Suriya- İraq sərhəddində yerləşən silah anbarı bombalanıb

GünAz TV: “Sepah” terror təşkilatının Suriyanın İraqla həmsərhəd bölgəsi olan Əl-Bukamal yaxınlığında yerləşən silah anbarı bombalanıb.

 

Məlumatlarda qeyd edilir ki, həmin silah anbarı bölgədə yerləşən hava limanının ərazisində imiş. Hələ ki, hücumun hansı ölkə və ya qrup tərəfindən həyata keçirildiyi barədə məlumat verilmir.

 

Son aylar ərzində İsrail Hərbi Hava Qüvvələri Suriya və İraqda İranın dəstəklədiyi yaraqlı qruplaşmalar, eləcə də “Sepah”ın “Qüds Briqadası”na məxsus bir neçə hərbi obyektə raket zərbələri endirib. Nəticədə məkanların dağılması ilə yanaşı, onlarla yaraqlı və “sepahçı” həlak olub.

 

İsrail ordusu avqust ayında “Qüds Briqadası”nın komandanı Qasım Süleymaniyə bağlı yaraqlıların İsrailə qarşı uğursuz raket hücumu həyata keçirdikləri barədə məlumat yaymışdı. Buna cavab olaraq İsrail “Qüds Briqadası”nın Suriya və İraqda yerləşən hərbi obyektlərini yenidən bombalamışdı.

 

İran bu günə qədər İsrailin “Sepah”a və özünə bağlı yaraqlılara qarşı həyata keçirdiyi onlarla hücuma yalnız sözdə təhdid etməklə cavab verə bilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN