“Sepah”ın Suriya savaşında həlak olmuş daha 2 pakistanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib - FOTOLAR

“Sepah”ın Suriya savaşında həlak olmuş daha 2 pakistanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib - FOTOLAR

GünazTV: “Sepah” terror təşkilatının Suriya savaşında öldürülmüş daha 2 pakistanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

 

Bəşər Əsədə və onun rejiminə dəstək məqsədi ilə Suriyaya göndərilmiş “Sepah”ın Pakistan vətəndaşlarından ibarət “Zeynəbiyyun” briqadasının muzdlu döyüşçüləri Məhəmməd Cenan və Əbrar Hüseyn, bir neçə vaxt əvvəl Suriyanın müxtəlif bölgələrində baş verən döyüşlərdə öldürülsələr də, onların cəsədləri tapılmamışdı.

 

Bildirilir ki, son günlər muzdlu “Sepah”çıların cəsədlərindən DNK nümunələri götürülüb və onların kimliyi müəyyən edildikdən sonra, hər iki cəsədin qalıqları ölkəyə gətirilərək, mayın 5-də İranın Qum şəhərində torpağa tapşırılıb.

 

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.  Ölənlərin əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN