"Sepah"ın Suriya savaşında həlak olmuş daha 5 muzdlusunun cənazələrinin qalıqları ölkəyə gətirilib - FOTOLAR

GünazTV: “Sepah” terror təşkilatının Suriya savaşında öldürülmüş daha 5 muzdlusunun cənazələri ölkəyə gətirilib.  “Sepah”çılardan 3-ü İran, 1-i isə Əfqanıstan vətəndaşlarıdır.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədi ilə üç il əvvəl Suriyaya göndərilmiş və həmin vaxt bu ölkənin müxtəlif bölgələrində baş verən döyüşlərdə həlak olmuş “Sepah”çıların (İbrahim Əşəriyyə, Əli Sameni Rad, Əli Ağayi, Məcid Riyazəti və Əfqanıstan vətəndaşı olan Asəf Əmiri) cənazələri son günlər Tehrana gətirilib.  Bildirilir ki, 3 il itkin düşən “Sepah”çıların cənazələrinin qalıqlarından DNK nümunələri götürülüb və onların kimliyi müəyyən edildikdən sonra cənazələr ölkəyə gətirilərək dəfn olunmaları üçün ailələrinə təhvil verilib.

 

 

 Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.  Ölənlərin əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN