“Sepah”ın Suriyada həlak olmuş daha 6 muzdlusunun cənazəsi ölkəyə gətirilib

“Sepah”ın Suriyada həlak olmuş daha 6 muzdlusunun cənazəsi ölkəyə gətirilib

GünAzTV: “Sepah”ın Suriya savaşında həlak olmuş daha 6 muzdlusunun cənazəsi ölkəyə gətirilib. Meyitləri ölkəyə gətirilənlərdən 5-i Əfqanıstan və Pakistan vətəndaşları, 1-i isə iranlıdır.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilmiş “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları, Mehdi Əmiri, Arif Rzayi, Əli Şərifi, Əli Əsğər Məqsudi və Əbdülxaliq Həsəni, iki həftə əvvəl bu ölkədə müxaliflərə qarşı keçirilən hərbi əməliyyatda həlak olub. Onların Suriyanın konkret hansı bölgəsində öldürüldüyü mediaya açıqlanmayıb.

 

“Sepah”ın həmçinin daha bir iranlı muzdlusu olan Nəvid Səfərinin də cənazəsi ölkəyə gətirilib. Hər 6 “Sepah”çının bu gün və ya sabah İranın Qum və Tehran şəhərlərində torpağa tapşırılacağı bildirilir.

 

 

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN