“Sepah”ın zəncanlı muzdlusu Suriyada həlak olub

“Sepah”ın zəncanlı muzdlusu Suriyada həlak olub

GünAzTV: “Sepah”ın daha 1 iranlı muzdlusu Xeyrullah Səmədi cərəyan edən savaşda həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl İranın Zəncan şəhərindən Suriyaya göndərilmiş “Sepah”çı, noyabrın 18-də bu ölkənin “Əlbu Kəmal” bölgəsində hökumətə qarşı döyüşən müxaliflərlə qarşıdurmada həlak olub. Onun cənazəsinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

 

Xatırladaq ki, İran rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi daxili və xarici muzdluları “Zeynəb” hərəminin müdafiəçiləri” adlandırır.

 

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN