“Sepah” “instaqram ulduzları”na qarşı yenidən mübarizəyə başlayıb

“Sepah” “instaqram ulduzları”na qarşı yenidən mübarizəyə başlayıb

GünAz TV: “Sepah” və İranın kiber cinayətkarlıqlar mübarizə üzrə polisi instaqram “influencer”ləri və müxtəlif şəhərlərdə şənliklər təşkil edən səhifələrin idarəçiləri ilə yeni mübarizə proqramına başlayıb.

 

Son günlər ərzində instaqram sosial şəbəkəsində tanınmış iranlı qadın istifadəçilər hicabsız halda çəkdikləri foto və videoları siliblər. Onlar bunu “virtual aləmin sağlamlaşdırılması” ilə bağlı layihəyə “könüllü” olaraq qoşulduqları üçün etdiklərini deyiblər.

 

Bəzi xəbərlərə görə, bu “ulduzlar” kiber polis tərəfindən çağırılıb və onlara öz paylaşımlarında bundan sonra diqqətli olmaq və hicabsız foto və video paylaşmamaqla bağlı xəbərdarlıq edilib.

 

İranın müxtəlif bölgələrində qadın və kişilərin birlikdə iştirak etdiyi şənliklər təşkil edən səhifələrin idarəçilərinin isə həbs olunduğu və bu səhifələrin bağlandığı deyilir. Onlara qarşı “əxlaqsızlıq təbliğ etmək üçün mütəşəkkil dəstə qurmaq” üzrə ittiham elan olunub.

 

Qeyd edək ki, İranda sosial şəbəkə istifadəçilərinin həbsi 2016-cı ildən başlayıb. Sepah və kiber polis bu illər ərzində “islami qaydalarının pozulması”nı iddia edərək, bir çox istifadəçini həbs edib. Son aylar ərzində instaqram sosial şəbəkəsinin də İranda məhdudlaşdırılması ilə bağlı rəsmilər tərəfindən təkliflər irəli sürülür. Lakin rəsmilər arasında instaqramın bağlanması ilə bağlı ziddiyyətlər mövcuddur.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN