“Sepah” komandanı: “ABŞ bizə sanksiya qoymaq istəsə, əvvəlcə İranın 1000 kilometrliyinə qədər olan hərbi bazalarını yığışdırmalıdır”

“Sepah” komandanı: “ABŞ bizə sanksiya qoymaq istəsə, əvvəlcə İranın 1000 kilometrliyinə qədər olan hərbi bazalarını yığışdırmalıdır”

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı Məhəmmədəli Cəfəri iyulun 19-da Məşhəddə “Sepah”ın quru qüvvələri komandirlərinin toplantısında çıxış edərək Amerikanın İrana qarşı yeni sanksiyalarına toxunaraq, Vaşinqtona qarşı təhdid dolu bəyanatlar səsləndirib.

 

Cəfəri bildirib ki, Amerikanın İrana qarşı buraxacağı hər hansı bir kiçik səhvi ona ağır nəticələr verəcək: “Əgər Amerika Sepah”a qarşı sanksiya qoymaq istəsə, əvvəlcə İranın 1000 kilmetrliyinə qədər olan bütün hərbi bazalarını yığışdırmalıdır. Vaşinqton bilməlidir ki, onun atmaq istədiyi hər hansı bir səhv addımını təzədən düzəltmək ona çox baha başa gələcək.

 

Bizim raket sahəsindəki qabiliyyət və gücümüz hər hansı bir müzakirə predmeti ola bilməz. Çünki qeyrətli kişilər öz namusunu qoruyub müdafiə etdiyi kimi, biz də raket sahəsindəki qabiliyyət və gücümüzü qoruyub saxlayır, onu müdafiə edirik”.

 

 

ABŞ Maliyyə Nazirliyi iyulun 18-də İranın raket proqramına dəstək verən 18 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, İranın ballistik raket proqramına dəstək verdiklərinə görə 16 fiziki-hüquqi şəxsə, eləcə də “Sepah”ın hava-kosmik qüvvələrinə və “Baqir əl Ulum” araşdırmalar mərkəzinə bağlı 2 təşkilata sanksiya qoyulur. ABŞ maliyyə naziri Stiven Mnuçin məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Vaşinqton İranın şər xarakterli fəaliyyətin, o cümlədən də onun terrorizmə dəstəyini, insan hüquqlarını pozmasını və ballistik raket proqramını inkişaf etdirməsinin qarşısını almaq üçün əlindən gələni edəcək.

 

İranın ballistik raket proqramına dəstək verdiklərinə görə adları ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına daxil edilən bəzi İran vətəndaşları bunlardır: “Sepah”ın “Qüds” qanadı ilə əməkdaşlıq edən “Rayan Rüşd Əfzar” şirkətindən olan Seyid Rza Qasimi, Fərşad Hakimzadə və Möhsün Parsa Cəm. Eləcə də “Acili” şirkətinin 2 üzvü Məhəmmədrza Rzaxah və Məhəmməd Səid Acili.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN