“Sepah” komandanı: “Əgər Ağ Ev “Sepah”ı terrorçu qruplar siyahısına daxil etsə, Amerika ordusuna “İŞİD”-ə bənzər bir qüvvə kimi baxacağıq”

“Sepah” komandanı: “Əgər Ağ Ev “Sepah”ı terrorçu qruplar siyahısına daxil etsə, Amerika ordusuna “İŞİD”-ə bənzər bir qüvvə kimi baxacağıq”

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı Məhəmmədəli Cəfəri oktyabrın 8-də Tehranda keçirilən “Sepah” strategiyası şurası”nın iclasında çıxış edərək Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.

 

Son günlər, Amerikanın “Sepah”ı terrorçu qruplar siyahısına salmaq niyyətində olması ilə bağlı bəzi Qərb mediasında yayılan xəbərlərə toxunan Məhəmmədəli Cəfəri bildirib ki, əgər yayılan məlumatlar düz çıxsa, İranın buna reaksiyası çox kəskin olacaq: “Əgər Amerika hökumətinin və Ağ Evin axmaqlıq edərək “Sepah”ı terrorçu qruplar siyahısına daxil etmək istəməsi barədə orda-burda yayılan məlumatlar düz olsa, “Sepah” da dünyanın hər yerində, o cümlədən də Orta Şərqdə Amerika ordusuna İŞİD-ə bənzər bir qüvvə kimi baxacaq.

 

Bir daha bildiririk ki, Amerikanın İrana qarşı tətbiq etmək istədiyi yeni sanksiyalar hər hansı bir məsələdə ortaq razılığa gəlinməsi şansını həmişəlik ortadan qaldıracaq. Bu sanksiyalar, nüvə sazişi (“Bərcam”) təcrübəsini bizim üçün təkmilləşdirir. Bu təcrübə isə ondan ibarətdir ki, Amerika üçün dialoq aparmaq, problemin həlli və ya hər hansı bir məsələdə ortaq məxrəcə gəlinməsi üçün yox, düşmənçilik və təzyiq vasitəsidir. Məhz buna görə də, İran İslam Respublikası region məsələlərini danışıqlar masası arxasında yox, başqa bir yerdə həll etmək istəyir. Çünki müzakirələr aparmaq üçün nə bir söz var, nə də bir tərəf müqabil.

 

Əvvəllər də elan etdiyimiz kimi, bir daha xəbərdarlıq edib bildiririk ki, əgər Amerikanın İrana qarşı sanksiyalar qanunu icra olunsa, o zaman Vaşinqton özünün regional hərbi bazalarını İran raketlərinin qət etdiyi 2 min kilometrliyinə qədər geri çəkməlidir”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN