“Sepah” polkovniki Suriyada öldürülüb

“Sepah” polkovniki Suriyada öldürülüb

GünAzTV: “Sepah”ın daha 1 muzdlu hərbçisi, polkovnik Canməhəmməd Əlipur, Suriyada gedən döyüşlərdə həlak olub.

 

Suriya diktatorunu və onun hərəmxanasını qorumaq məqsədilə bir neçə həftə əvvəl İranın Əndimeşk şəhərindən Suriyaya ezam edilən “Sepah” polkovniki, avqustun 12-də bu ölkədə Bəşər Əsəd rejiminə qarşı vuruşan müxalif qüvvələrlə qarşıdurmada öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində həlak olduğu mediaya açıqlanmayıb. “Sepah” hərbçisinin cənazəsinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

 

İranın molla rejimi Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN