Sepah rəsmisi 1 il əvvəl qaçırılmış İran sərhədçilərini azad etmək üçün Pakistandan yardım istəyib

Sepah rəsmisi 1 il əvvəl qaçırılmış İran sərhədçilərini azad etmək üçün Pakistandan yardım istəyib

GünAz TV: “Sepah” terror təşkilatının Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur təqribən 1 il 1 ay bundan qabaq silahlılar tərəfindən qaçırılan İran sərhədçilərindən 2-sini azad etməkdə çətinlik çəkdiklərini etiraf edib.

 

O, bu istiqamətdə işlərin aparıldığını bildirib. Komandan həmçinin Pakistandan sərhədçilərin azad edilməsi üçün aparılan əməliyyatlarda ölkəsinə yardım etməsini xahiş edib.

 

Pakpurun sözlərinə görə, Pakistan ordusunun yüksək rütbəli zabitlərinin “Qüds Briqadası” komandanı ilə görüşü zamanı da İran rəsmi olaraq bu ölkədən sözügedən məsələ ilə əlaqəli kömək istəyib.

 

Xatırladaq ki, ötən il bəluc silahlılar Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhəddə yerləşən Mircavə sərhəd zastavasına hücum edib, 14 sərhədçi və bəsici əsir almışdılar. Onlar bir müddətdən sonra 12 sərhədçini buraxsalar da, iki nəfəri bu günə qədər azad etməyiblər. İranın hərbçilərini azad etmək istiqamətində gördüyü bütün tədbirlər isə nəticəsiz qalıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN