“Sepah” rəsmisi: “Ən çox etirazlar Tehran, İsfahan və Fars əyalətlərində baş verib”

“Sepah” rəsmisi: “Ən çox etirazlar Tehran, İsfahan və Fars əyalətlərində baş verib”


GünazTV: “Sepah” terror təşkilatının baş komandanının siyasi məsələlər üzrə müavini Yədulla Cavani noyabrın 29-da jurnalistlərə açıqlamasında İranda hakimiyyətə qarşı baş verən son kütləvi etirazların miqyasından danışıb.

O deyib ki, benzinin qiymətinin bahalaşmasına qarşı keçirilən etirazlar ölkənin 31 əyalətindən 29-da baş verib: “Ən çox etirazlar Tehran, İsfahan və Fars əyalətlərində baş verib. Belə ki, İsfahan əyalətinin 110 nöqtəsində baş verən etirazlar, qarşıdurmalara gətirib çıxarıb. Etirazların və etirazçılarının sayına gəldikdə isə Fars və Tehran əyalətləri ikinci və üçüncü yerdə qərarlaşır.

Son etirazlar və onun miqyası islam respublikasının 40 illik ömründə misli görünməmiş olaylardır. Biz inqilabın əvvəllərində də etniklərin yaşadığı bəzi bölgələrdə bu kimi olayların şahidi olmuşduq. Lakin noyabrın ikinci yarısından başlanan bu etirazlar geniş yayıldığına görə yeni və fərqli bir hadisə idi” –deyə, “Sepah” rəsmisi Yədulla Cavani əlavə edib.

Yədulla Cavani etirazların baş vermədiyi iki əyalətin adlarını açıqlamayıb.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN