“Sepah” rəsmisi, İranın raket istehsal edən "3-cü yeraltı zavodu"nun istifadəyə verilməsindən xəbər verib

2017-05-26 12:46

GünAzTV: “Sepah”ın hava-kosmik qüvvələrinin komandanı general Əmirəli Hacızadə mayın 25-də İranın Dezful şəhərində jurnalistlərə açıqlamasında ölkənin raket istehsal edən “3-cü yeraltı zavodu”nun istifadəyə verilməsindən danışaraq Səudiyyə Ərəbistanına qarşı təhdid dolu bəyanatlar səsləndirib.

 

“Sepah” rəsmisinin bu açıqlaması, ABŞ Senatının xarici əlaqələr komitəsinin İrana qarşı yeni sanksiyaların tətbiq olunması barədə layihə qəbul etməsindən bir neçə saat əvvələ təsadüf edib.

 

Həmin yeraltı zavodlarda İranın ilk ballistik raketini yaxın vaxtlarda istehsal edəcəklərini bildirən Hacızadə, İranın “Dezful” adlandırılacaq ilk yer-yer raketinin artıq istehsalına başlanmasından xəbər verib: “Bu isə İranda son illər təsis edilən və raket istehsalı ilə məşğul olan  3-cü yeraltı zavoddur. Biz, Müdafiə Nazirliyinin müdafiə sənayesi ilə yanaşı, raket silahları ilə bağlı hərbi güc və qabiliyyətimizi inkişaf etdirəcək, bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Amerikalı tacirlərin bu xüsusdakı nigaranlığı və qorxusu da bizim üçün əhəmiyyətsizdir. Buna heç dəyər də vermirik”.

 

“Amerikalı tacirlər” dedikdə ABŞ prezidentliyinə seçilməzdən əvvəl bizneslə məşğul olan Donald Trampa ehyam vuran Hacızadə, onun bir neçə gün əvvəl Səudiyyə Ərəbistanına səfərinə toxunaraq Ər-Riyadın Amerikadan aldığı silahlara və iki ölkə arasında bu barədə imzalanan müqavilələrə də münasibət bildirib: “Səudiyyə Ərəbistanının Amerikadan aldığı silahlar bizi narahat etmir. Səddam Hüseynlə 8 illik savaşımızda, İraqın hərbi silah-sursatının bir hissəsini  qənimətə götürdüyümüz kimi, bir gün də gələcək ki, Ər-Riyadın Amerikadan aldığı həmin silahlardan sionist rejiminə qarşı istifadə edəcəyik”.

 

Mayın 25-də ABŞ Senatının xarici əlaqələr komitəsində İrana qarşı yeni sanksiyaların tətbiq olunması barədə layihə qəbul edilib. Yeni sanksiyaların tətbiqi, İranın ballistik raket proqramını genişləndirməsinə, radikal yaraqlı islamçı qruplaşmalara dəstək verməsinə, onlara silah-sursat çatdırmasına, eləcə də İranda insan haqlarının kobud şəkildə pozulmasına görə nəzərdə tutulub. ABŞ Senatının nümayəndələri bildiriblər ki, onların qəbul etdiyi bu layihə, qanuna çevrilməsi üçün Amerika Konqresinin Nümayəndələr Palatası və ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənməlidir.

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20

gun az article

Amerika BMT-nin İrana qarşı bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə salıb

2020-09-20

gun az article

İranda daha 183 nəfər koronavirusdan vəfat edib, 3097 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-20

gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

2020-09-18

gun az article

İran Televiziyasında etiraf: "Əhalinin 70 faizi məcburi hicaba qarşıdır"

2020-09-18