“Sepah” rəsmisi İsraili təhdid etdi: “Sizin qaçmağa bir yolunuz var, o da dənizə tərəfdir”

“Sepah” rəsmisi İsraili təhdid etdi: “Sizin qaçmağa bir yolunuz var, o da dənizə tərəfdir”

“Sepah”ın baş komandanının canişini Hüseyn Səlami, aprelin 20-də Tehranın cümə namazı mərasimində çıxış edərək İsrail hökumətinə qarşı təhdid dolu sərt bəyanatlar səsləndirib.

 

“Sepah” rəsmisinin bu açıqlaması, İsrailin baş naziri Benyamin Netanyahunun hökumət iclasında İran təhdidindən danışaraq ölkəsinin istənilən xarici təcavüzün qarşısını almağa hazır olmasını bildirməsindən bir neçə saat sonraya təsadüf edib.

 

Öz çıxışında rəsmi Tel-Əvivə səslənən Hüseyn Səlami bildirib ki, baş verə biləcək hər bir savaş, İsrailin məhvinə gətirib çıxaracaq: “Əgər müharibə baş versə, sizin qaçmağa bir yolunuz var. O da dənizə tərəfdir. Mənim sizə ciddi bir tövsiyəm var və onu da sizə deyirəm. Biz sizi yaxşı tanıyır, zəif cəhətlərinizə yaxşı bəlidik. Sizin nə dərinliyiniz var, nə də söykənəcək bir arxanız. Siz, bizim İran-İraq savaşında həyata keçirdiyimiz “Beyt ül müqəddəs” əməliyyatımız həddindəsiniz. Siz, İsrailin harasında olursunuz olun, istər şimalında və ya qərbində, istərsə də başqa bir yerində, fərqi yoxdur, yenə açılacaq atəşə məruz qalacaqsınız”.

 

Aprelin 20-də hökumət iclasında çıxış edən Netanyahu, İranın ölkəsinə qarşı təhdidindən və İsrail ordusunun İrandan gələn hər bir təhlükənin qarşısını almağa hazırlığından danışıb: “Biz tez-tez İrandan təhdidlər eşidirik. Bizim təhlükəsizlik qurumlarımız, eləcə də ölkənin müdafiəsində duran ordumuzun igid əsgərləri baş verə biləcək hər bir şeyə hazırdır. Biz, nəyin bahasına olursa-olsun, ölkəmizə qarşı zərbə vurmağa, ona xəsarət yetirməyə çalışan istənilən ölkəyə qarşı vuruşacaq, mübarizə aparacağıq. Biz, heç nədən qorxmuruq və bizi məhv etmək istəyənləri, canımıza qəsd etməyə qalxanları bunun bədəlini ödəməyə məcbur edəcəyik”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN