"Sepah" rəsmisi: "Pişva şəhərində gecə qonaqlığına qatılan daha 60 qız və oğlan həbs edilib"

GünazTV: İranın Tehran əyalətinin Pişva şəhərində gecə qonaqlığına qatılan daha 60 qız və oğlan həbs edilib. Bu barədə, “Sepah” terror təşkilatının Pişva şəhərindəki komandanı Səməd Sultani dekabrın 28-də  jurnalistlərə açıqlama verib.

 

 O deyib ki, şəhərin villalarından birində toplaşaraq birlikdə şənlik edən 60 qız və oğlan,  dekabrın 27-də “Bəsic” təşkilatının yerli qüvvələri tərəfindən həbs edilib. Məsələnin detallarını açıqlamayan Səməd Sultani tutulan gənclərin konkret nədə günahlandırıldığını və onların hazırda harada saxlandığı barədə hər hansı bir məlumat verməyib.

 

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 2310-dan çox qız və oğlan həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN