“Sepah” rəsmisi: “Sepah” müstəşarlarının müqavimət ölkələrinə ezam olunması davam edir”

“Sepah” rəsmisi: “Sepah” müstəşarlarının müqavimət ölkələrinə ezam olunması davam edir”

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” quru qüvvələrinin komandanı Məhəmməd Pakpur fevralın 18-də jurnalistlərə açıqlamasında Amerikanın ölkəyə qarşı “təhdid”indən və “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadının bir sıra qonşu ölkələrdəki fəaliyyətindən danışıb.

 

Pakpur bildirib ki, Amerikanın İrana qarşı hücumu mümkün deyil: “Amerika rəsmiləri ağıllı olmalı, İranı təhdid etməkdən əl çəkməlidirlər. Bütün dünya da bilir ki, onlar bunu edə bilməyəcəklər. Çünki onların belə bir addım atmağa cəhd göstərməsi o qədər də real görünmür”.

 

“Sepah”ın “Qüds” qanadının İraqda, Suriyada və regionun bir sıra digər ölkələrindəki fəaliyyətinə toxunan Pakpur, “Sepah” qüvvələrinin xarici əməliyyatlarda iştirak etdiyini təsdiqləyib: “Sepah” müstəşarlarının müqavimət ölkələrinə ezam olunması davam edir. Bizim müxtəlif ölkələrlə əlaqələrimiz var. Həmin ölkələrdən bəziləri bizə müraciət edərək onlara müstəşarlıq yardımı etməyimizi istəyirlər. Bu kimi yardımlar isə keçmişdə olub, indi də davam edir”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN