“Sepah” Tehranda baş vermiş teraktları Trampın Ər-Riyada səfəri ilə əlaqələndirib

“Sepah” Tehranda baş vermiş teraktları Trampın Ər-Riyada səfəri ilə əlaqələndirib

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusu “Sepah” iyunun 7-də bəyanat yayaraq “İŞİD”in ölkə parlamentinə və ayətullah Xomeyni məqbərəsinə silahlı hücumları ABŞ prezidenti Donald Trampın ötən həftə bölgəyə, o cümlədən də Səudiyyə Ərəbistanına səfəri ilə əlaqələndirib.

 

Bəyanatda bildirilir ki, Trampın regiona səfərinin ardınca Tehranda traktların baş verməsi təsadüfi deyil: “Dünya birliyinin, o cümlədən də İran millətinin ictimai rəyi belədir ki, ABŞ prezidentinin regiona səfəri və təkfirçi terrorçulara dəstək verən mürtəce dövlətlərdən birinin başçıları ilə görüşüb müzakirə aparmasından bir həftə sonraya təsadüf edən bu terrorçu addım çox mənalı bir hərəkətdir.  İŞİD-in isə həmin hücumların məsuliyyətini üzərinə götürməsi, onların bu vəhşi hərəkətdə əli olduğundan xəbər verir.

 

“Sepah”, bu günə qədər sübut edib ki, heç bir pak qanın haqsız olaraq yerə axıdılmasını intiqamsız qoymayacaq. “Sepah” bu gün, hüquq müfafizə qüvvələrinin yardımı ilə bütün terrorçuları məhv etdiyi kimi, bir daha İran millətini əmin edir ki, o, əziz millətimizin canını və ölkənin milli təhlükəsizliyini qorumaq üçün əlindən gələni edəcək, bu işdə bir an belə tərəddüdə yol verməyəcək”.

 

İyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın cənubunda olan Xomeyni məqbərəsinə qarşı silahlı hücum olub. Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isə parlament binasının şimal hissəsindəki korpuslardan birinə qaçaraq 4-cü mərtəbədə mövqe tutub atışmanı 5 saata qədər davam ediblər.

 

Eyni hadisə,Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsinə də edilib. Bir neçə silahlı şəxs məqbərə həndəvərinə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan birinin isə özünü partlatdığı bildirilir. Hər iki olayda 12 nəfərin öldüyü, 42 nəfərin isə yaralandığı bildirilir.  

 

İnsidentdən bir neçə saat sonra İŞİD bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN