“Sepah” üzvü olan iranlı güləşçi Suriyada öldürülüb

“Sepah” üzvü olan iranlı güləşçi Suriyada öldürülüb

GünAzTV: "Sepah"ın daha 1 iranlı muzdlusu, İran Güləş Federasiyasının 27 yaşlı üzvü və Pakdəşt şəhərindəki "Bəsic" qərargahının komandanı Səid Xacə Salehani, Suriyada gedən döyüşlərdə həlak olub.

 

Bəşər Əsəd hökumətinə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilən "Sepah"çı, martın 24-də Əsəd rejiminə qarşı vuruşan müxalif qüvvələrlə baş verən qarşıdurmada öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində öldürüldüyü açıqlanmayıb. Gənc "Sepah"çının meyitinin ölkəyə gətirilib-gətirilmədiyi haqda məlumat yayılmayıb. 

 

İran, Bəşər Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 A.M 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN