Serbiya hökuməti İran vətəndaşlarının bu ölkəyə vizasız səfər rejimini ləğv etdi

Serbiya hökuməti İran vətəndaşlarının bu ölkəyə vizasız səfər rejimini ləğv etdi

GünAzTV: Serbiya hökuməti oktyabrın 10-da bəyanat yayaraq, İran vətəndaşlarının bu ölkəyə vizasız səfər rejimini ləğv etdiyini açıqlayıb. Rəsmi Belqrad, 2017-ci ildə Tehranla imzaladığı bir sazişə əsasən iranlıların bu ölkəyə vizasız səfər etməsi ilə razılaşmışdı.

 

Məsələ ilə bağlı Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç oktyabrın 10-da jurnalistlərə açıqlama verib. O bildirib ki, bu ölkəyə səfər edən bəzi İran vətəndaşları vizasız səfər rejimindən sui-istifadə edərək, Qərbi Avropa ölkələrinə getmək üçün Serbiyadan bir körpü kimi istifadə etməyə çalışırlar: “Serbiya hökuməti qərara alıb ki, İran vətəndaşlarının ölkəmizə vizasız səfər rejiminə son qoysun və onlar üçün götürülən viza rejimini yenidən bərpa etsin.

 

Təəssüflər olsun ki, Qərbi Avropa ölkələrinə gedib sığınacaq almaq istəyən bəzi İran vətəndaşları vizasız səfər rejimindən sui-istifadə etməyə çalışırlar. Bu isə qəbuledilməzdir. Məhz buna görə də, biz, İran vətəndaşları üçün ləğv etdiyimiz viza rejimini yenidən bərpa etmək qərarına gəlmişik”.

 

Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN