Sergey Lavrov: "İranın nüvə sazişi pozulmaq təhlükəsi altındadır"

Sergey Lavrov:

GünAz TV: "Rusiya İranın nüvə sazişinin pozulmaq təhlükəsi altında olduğunu düşünür."

 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Beynəlxalq İşlər Şurasının (RBİŞ) iclasında bildirib.

 

"Konstruktiv çoxtərəfli əməkdaşlığın nümunəsi kimi nəzərdən keçirdiyimiz sazişlər, o cümlədən İranın nüvə proqramı ətrafındakı vəziyyətlə bağlı razılaşma pozulmaq təhlükəsi altındadır", - S.Lavrov deyib.

 

Xatırladaq ki, İran və altı beynəlxalq vasitəçi (Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci il iyul 14-də İranın nüvə proqramı ilə bağlı uzunmüddətli problemin həlli barədə razılıq əldə edib - birgə hərtərəfli fəaliyyət planı (BHFP) qəbul edilib və Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurası, Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı tərəfindən İrana qarşı daha öncədən tətbiq edilən iqtisadi və maliyyə sanksiyaları ləğv edilib.

 

ABŞ Prezidenti Donald Tramp daha əvvəl Ağ evin Konqres ilə İranla beynəlxalq müqavilədəki ciddi çatışmazlıqlar üzərində işləyəcəyini bildirib. D.Tramp vurğulayıb ki, sazişin yaxşılaşdırılması üzrə ABŞ-ın səyləri uğursuz olarsa, Birləşmiş Ştatlar sazişdən çıxacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN